Sərbəst güləşçilərimiz Çeçenistanda üçüncü oldu (FOTO)


Digərləri 26 Noy 2018 11:09:35 277 0

Sərbəst güləşçilərimiz Çeçenistanda üçüncü oldu (FOTO)

Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə "Əhməd Kadırov" turniri keçirilib.

Bakı. Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə "Əhməd Kadırov" turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, komanda yarışında ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborovdan (125 kq) ibarət kollektiv təmsil edib.