Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub (FOTO)


Digərləri 26 Noy 2018 11:14:00 256 0

Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub (FOTO)

Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub.

Bakı. Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.