Azərbaycan “Eurovision”da neçənci oldu? FOTO


Digərləri 26 Noy 2018 11:08:00 247 0

Azərbaycan “Eurovision”da neçənci oldu?  FOTO

Ötən gün “Junior Eurovision” mahnı müsabiqəsinin finalı baş tutub

Xəbər verdiyimiz kimi, ötən gün "Junior Eurovision" mahnı müsabiqəsinin finalı baş tutub. 20 ölkə nümayəndəsi qalibiyyət uğrunda mübarizə aparsa da, birinci Polşa təmsilçisi Roksana Wegiel "Anyone I Want To Be" mahnısı ilə olub. O, onlayn səsvermədə 217 xal toplayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmyerlimiz Fidan Hüseynovna da "Mins Arena"da səhnəyə çıxaraq  "I Wanna Be Like You" mahnısını canlı olaraq ifa edib.

Onu səhnədə dörd rəqqasə müşayiət edib. Fidan 47 səs toplayaraq 16-cı yerdə qərarlaşıb.

Azərbaycan isə səslərini bu ölkələrə verib:

Rusiya- 12 bal

Belarus- 10 bal

Qazaxıstan- 8 bal

Fransa- 7 bal


Xəbərə aid fotolar