Ombudsman: "Parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsi artırılmalıdır"


Digərləri 26 Noy 2018 10:56:00 251 0

Ombudsman: "Parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsi artırılmalıdır"

Azərbaycanda parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsinin artırılması lazımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Qadınlara və qızlara qarşı zorakılığa son" adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

Növbəti parlament və bələdiyyə orqanlarına seçkilərdə qadınlara dəstək göstərməyə hazır olduğunu deyən ombudsman hesab edir ki, ötən dövrdə parlament və bələdiyyə orqanlarında qadınların təmsilçilik faizi artsa da, bunu yetərli hesab etmək olmaz.

Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının qorunması üçün çoxsaylı qanunvericilik aktları qəbul edilib.