Hicran Hüseynova: Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar


Digərləri 26 Noy 2018 10:23:59 197 0

Hicran Hüseynova: Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar

Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar.

Bakı. İlhamə İsabalayeva - Qadınların iqtisadi cəhətdən güclənməsi, onların iş həyatına qoşulması, təhsillərini artırmaq üçün imkanlar daha da genişləndirilməlidir. Trend-in məlumatına görə, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir, bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir.