Komitə sədri: Bəzən qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər


Digərləri 26 Noy 2018 10:13:00 217 0

Komitə sədri: Bəzən qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər

Azərbaycan cəmiyyətində qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan cəmiyyətində qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Trend -in məlumatına görə, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, hazırda bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır: "Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir".