Sumqayıtda yol çökdü “Nissan” çuxura düşdü VİDEO FOTO


Digərləri 26 Noy 2018 10:01:25 276 0

Sumqayıtda yol çökdü  “Nissan” çuxura düşdü  VİDEO  FOTO

Sumqayıtda yol çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Hətta avtomobillərdən biri yaranmış çuxura düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində, polis idarəsi ilə Təcili Tibbi Yardım Xəstəxanasına gedən yolun kəsişməsində baş verib. Belə ki, küçədə yolun lyuk olan hissəsi çöküb. Nəticədə qarşı tərəfdən gələn 90 OK 411 dövlət nömrə nişanlı "Nissan Sunny" markalı avtomobil həmin çuxura düşüb və maşına ziyan dəyib.

Avtomobil sahibi bildirib ki, yol çəkilişi zamanı yanlışlığa yol verilib. Lyuk üzərində asfalt çəkilən yolun alt qatına çürük taxta parçası qoyulub. Məhz bu səbəbdən ağırlığa tab gətirməyən yol çöküb.

Görüntüdən də göründüyü kimi, həmin ərazidən kanalizasiya xətti keçir. Çöküntü olan həmin ərazinin qarşısına zibil qutusu qoyulub ki, qarşı tərəfdən gələn hər hansı bir avtomobil ora düşməsin.

Hazırda problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar