Təyyarənin sərnişinləri göyərtədə tapılan naməlum əşya səbəbindən təxliyə edilib


Dünya 26 Noy 2018 08:33:00 195 0

Təyyarənin sərnişinləri göyərtədə tapılan naməlum əşya səbəbindən təxliyə edilib

Meksika paytaxtının hava limanın "Volaris" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində naməlum əşya aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə hava limanın rəsmi nümayəndəsi Santyaqo Arquelyo bildirib.

Onun sözlərinə görə, San-Antonio - Mexiko reysini həyata keçirən təyyarənin göyərtəsində naməlum əşyanın tapılması səbəbindən sərnişinlər təxliyə edilib.