Avstriyanın Ankaradakı səfirliyi yaxınlığında atəş açanlar saxlanılıb


Dünya 26 Noy 2018 08:12:00 236 0

Avstriyanın Ankaradakı səfirliyi yaxınlığında atəş açanlar saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları Ankaranın Atatürk bulvarında, Avstriyanın bu ölkədəki səfirliyinin binası yaxınlığında atəş açan şəxsləri saxlayıb.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə Ankara vilayəti qubernatorunun administrasiyasından bildirilib.

Məlumata görə, ərazidə avtomobildən havaya atəş açılıb. Hadisə ilə bağlı iki nəfər saxlanılıb.