Xəzərdəki suitilərin sayı açıqlandı: bu dövrdə daha çox ölürlər


Digərləri 26 Noy 2018 07:45:00 226 0

Xəzərdəki suitilərin sayı açıqlandı: bu dövrdə daha çox ölürlər

Xəzərdəki suitilərin sayı açıqlanıb.

Bakı. Ceyhun Ələkbərov - Hazırda Xəzərdə 110 mindən çox suiti var. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundovun sözlərinə görə, hazırda Xəzərdə olan suitilərin köç mövsümü başlayıb, şimala doğru miqrasiya edirlər. Köç mövsümündə isə heyvanların ölüm halı əvvəlki dövrlərdən daha çox olur. “Qış ayları bu canlılarda nəsilartırma mövsümü olduğu üçün Xəzərdə olan suitilər indidən şimala doğru köç edirlər. Dekabr-yanvar aylarında Xəzərin şimal sahillərində buzların üzərində heyvanların balalama dövrü başlayır. Miqrasiya dövründə yaşlı heyvanlar arasında saatlarla üzməyə tab gətirməyib ölənləri də olur. Dəniz axını onları Xəzərin qərb sahillərinə gətirib çıxarır. Bəzi hallarda Mərdəkan, Bilgəh sahillərində onların cəsədlərini görə bilirik”.