İki avtomobil toqquşub, xəsarət alan var FOTO


Digərləri 26 Noy 2018 07:21:00 259 0

İki avtomobil toqquşub, xəsarət alan var  FOTO

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə dünən axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Həmin küçə ilə hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı Oğuz sakini, 1965-ci il təvəllüdlü Kuhi Elnur Fərman oğlunun idarə etdiyi minik avtomobili toqquşmadan sonra yol kənarındakı mağazaya çırpılıb.

Qəza nəticəsində 53 yaşlı sürücü aldığı bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. Qəza zamanı avtomobillərdə olan iki qadın və iki uşaq xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto