Şahzadə kimi doğulub, kimsəsiz ölən "Asiyalı Venera"nın həyatı FOTO


Digərləri 26 Noy 2018 06:30:00 293 0

Şahzadə kimi doğulub, kimsəsiz ölən "Asiyalı Venera"nın həyatı  FOTO

O, tarixə təkcə Avropa görünüşlü Şərq gözəli olduğuna görə yox, həm də könüllü olaraq taxt-tac, İran şah saray həyatı, titul və dəbdəbəli həyatdan imtina etdiyi üçün düşüb. Mədəniyyət, azadlıq və şəxsi rahatlıq məsələləri arasında qalan şahzadə sonda öz istədiyi kimi hərəkət etməyi bacarır, hətta bu Şərq mentaliteti, xüsusən də kral ailələrinə zidd olsa da...

Son.az oxu.az-a istinadən Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı, dövrünün ən gözəl qadınlarından hesab olunan Fövziyə Fuadın həyat hekayəsini təqdim edir. 

O, Misir və Sudan sultanı olan I Fuadla onun ikinci xanımı Nazlı Səbrinin qızıdır.

Ulu babalarından biri Napoleona xidmət edən, sonradan İslamı qəbul edib Misirdə yaşayan fransız zabiti olub. Alban, çərkəz və fransız genlərinin qarışığı olan bu qız genləri sayəsində Avropasayağı üz cizgilərinə sahib idi. Xarici görünüşünə görə aktrisa Vivyen Li və Hedi Lamarr ilə çox vaxt səhv salınırdı.

Təhsilini İsveçrədə aldığı dövrdə ərəb, ingilis, fransız dillərində sərbəst danışmağı öyrənir.

Oxuyub bitirdikdən sonra Misirə qayıdanda həm şahzadə olduğu üçün, həm də düşüncə və yaşayış fərqləri cəhətdən çox qayda-qanun və qadağalarla rastlaşır. Azadlığının sərhədləndiyini hiss edir.

Ona təklif olunan evliliyi vəziyyətdən qaçış, xilas yolu kimi görür. Evlilik isə siyasi maraqlar güdürdü və Məhəmməd Rza Pəhləvinin atası Rza şahın sayəsində baş tutur. Həmin dövrdə Məhəmməd Rza Pəhləvinin 20, Fövziyənin 17 yaşı vardı.

Toya qədər cəmi bircə dəfə - Qahirənin Abdin sarayında görüşürlər.

Evləndikdən sonra şahzadənin üzərində sərt nəzarət olur və hətta qohumları ilə əlaqə saxlamaq ona qadağan edilir. Misirdən gətirdiyi əşyalar və nökərləri geri qaytarılır. Geridə qalmış ölkə sayılan İranda həyat gənc şahzadəni razı salmır.

1940-cı ildə yeganə övladları - şahzadə Şahnaz anadan olur.

1941-ci ildə Məhəmməd Rza Pəhləvi şah elan olunandan sonra Fövziyə İran kraliçası olur. Bir qədər sonra "Life" jurnalı üçün edilən fotosessiyada "Life" jurnalının fotoqrafı Sessiliya Betton onu qeyri-adi gözəlliyinə görə "Asiyalı mavi gözlü Venera" adlandırır. Jurnalın üz qabığındakı şəklindən sonra hamının diqqətini cəlb edir və dünya onun gözəlliyindən danışmağa başlayır, hər kəs onu dövrün ən gözəl qadınlarından biri kimi qəbul edir. 

Misirli yazıçı Ədil Sabit onun haqqında belə deyirdi:

"Fövziyə gözəl görünmək üçün heç bir üsuldan istifadə etmirdi. O, gözəl doğulmuşdu".


Xəbərə aid fotolar