Qadın və kişi arasında bilmədiyiniz ENERJİ QANUNU: cinsi münasibətdən xeyli əvvəl...


Digərləri 26 Noy 2018 02:30:00 424 0

Qadın və kişi arasında bilmədiyiniz ENERJİ QANUNU: cinsi münasibətdən xeyli əvvəl...

Tantrik təliminə inansaq, qadın və kişi arasında energetik əlaqə cinsi münasibətlər baş verməzdən xeyli əvvəl başlayır. İki insan qarşılıqlı olaraq bir-birini bəyəndiyi zaman onların arasında çoxkanallı enerji mübadiləsi aktivləşir. Bu enerji yaradıcılıq potensialını göstərməyə, psixo-emosional balansı normallaşdırmağa və həyatın bütün aspektlərini yaxşılaşdırmağa imkan verir.

Son.az bu yazıda oxucuları partnyorlar arasında enerji əlaqəsinin xüsusiyyətləri ilə tanış edir.

Bütün həyati proseslər enerji mübadiləsi ilə bağlıdır. Aldığımız müsbət və ya mənfi emosiyalar təbii enerji sahəsinə və aura vəziyyətinə təsir göstərir. Buddistlər əmindir ki, kişilər təbiətən enerjisini göydən alır, qadınlar isə əksinə yer enerjisi ilə qidalanır. Güclü cinsin nümayəndəsi öz ideya və fikirlərini həyata keçirə bilmək, eləcə də qüvvə toplamaq üçün qadın enerjisinə ehtiyac duyur. Qızlar isə əksinə energetika ötürülməsi yolu ilə emosional baxımdan təmin olunur və gəncliyin ömrünü uzadırlar. Bu prosesdə özünəməxsus tarazlıq qurulduqdan sonra hər iki tərəf həyatının bütün aspektlərini yaxşılaşdırmağa doğru gedir, çünki enerji bütün kanallara düzgün istiqamətdə ötürülür, o cümlədən qəlbə kainatın "bankı" ilə birbaşa əlaqə yaratmağa imkan verir.

Qadın kişi arasında enerji mübadiləsi qanunu

Gender bərabərliyi qanunu nə qədər geniş yayılmasına baxmayaraq, ezoterik aksiomalar dəyişə bilməz. Qədim zamanlardan etibarən insanlar hesab edirdilər ki, qadın ötürən, kişi isə xanımının xoşbəxtliyi üçün enerjini qəbul edən tərəfdir. İki insan arasında romantik münasibətlər başlayanda, qadın kişiyə enerjinin aşağıdakı formalarını ötürür:

Fiziki: intim yaxınlıq və məişət qayğıları;

Əqli: müdrik məsləhətlər vermək, istənilən yüksəkliklərə çatmaq üçün qərarların qəbul edilməsinə yardım etmək və dəstək vermək.

Bu proses aktivləşən kimi kişi sakit və təmkinli olur. Qadın enerjisi ilə lazimi gücü toplayan və öz potensialını realizə edən kişi partnyorunu ruhlandırmaq üçün ondan aldığı enerjini geri qaytarmalıdır. Bu, hər hansı hədiyyə, fiziki yardım və ya xoş sözlər ola bilər. İzdivacın möhkəm olması və tərəflərin heç birinin özünü əzilmiş hiss etməməsi üçün belə enerji mübadiləsi daimi olmalıdır.

Enerji həmişə dövr edir, odur ki, o "heç bir yerə getmir və ya heç vaxt yox olmur". İnsanlar bir-birinə simpatiya duyduqları zaman enerjiləri aktiv şəkildə mübadilə edir və bu proses onları qarşılıqlı şəkildə sevindirir. İki şəxsin təbii enerji mübadiləsi kanallarının yaranmasına və enerjinin birindən digərinə ötürülməsinə yol açır. Bu enerji axını özünəməxsus rəngləri və forması (bunu ekstrasens qabiliyyətlərə malik olan kəslər görə bilər) ilə seçilir.

Tərəflər ünsiyyət növündən asılı olaraq bu enerji kanalları və ya digər çakralar vasitəsilə bir-birinə bağlıdır.

Muladxare (baza çakrası) - qohumluq münasibətləri;

Svadxistane (seksual çakra) - sevgili münasibətləri və ya ailəli cütlüklərin, yaxud dostların "yüngül"şəkildə vaxt keçirməsi;

Manipure (göbək çakrası) - qohumluq əlaqələri, işdə həmkarları arasında və ya rəhbərliklə münasibətlər, dostluq əlaqələri, rəqabət aparmaq məcburiyyətində qaldığımız insanlar;

Anaxate (ürək çakrası) - belə tip münasibət tərəflərin bir-biri ilə qarşılıqlı həssas əlaqəsindən xəbər verir. Onlar sevgi və sayğıyla yanaşdığımız insanlardır.

Vişudxe (Boğaz çakrası) - işdə həmkarlar və məsləkdaşlar arasında münasibətlər;

Ance (Alın çakrası) - bu kanal ilə əlaqə adətən öz kumirlərinin, müxtəlif təşkilatların və cərəyanların liderlərinin yamsılamasından danışır. Təlqinedici kanal yaxşı inkişaf edib, başqalarının fikir və ideyalarından ilham alır. İnsanlar bir-birinə telepatik əlaqə ilə bağlıdır;