Müsahibəyə hazırlaşarkən xanımlar nələrə diqqət etməli və


Digərləri 25 Noy 2018 23:55:00 312 0

Müsahibəyə hazırlaşarkən xanımlar nələrə diqqət etməli və

Bu dəfəki mövzu "müsahibəyə hazırlaşarkən xanımlar nələrə diqqət etməli və necə geyinməli" olacaq. Düzgün təəssürat yaratmaq və arzuladığınız işi qazanmaq üçün qadının necə geyinməli olduğunu bu məqaləmizdə öyrənə bilərsiniz.

İş axtarışı problemi gec və ya tez hər birimizin qarşısında durur.Yaxşı yazılmış bir CV, yaxşı təhsil və iş təcrübəsi ilə yanaşı, zahiri görünüşünüzlə işəgötürənə müsbət təəssürat yaratmalısınız.Məşhur fransız dizayneri və moda simvolu Koko Şanel deyirdi: "Sizin ilkin təəssürat yaratmaq üçün ikinci bir şansınız olmayacaq" Bu aforizm müasir statistika ilə əks olunur: Məşhur bir araşdırmaya görə, əvvəllər işə götürənin əsas tələbi təhsil olsa da, indi ilkin təəssüratdır.

Son.az 1lady.az-a istinadən bildirir ki, ilk öncə müsahibəyə getdiyiniz şirkət haqqında məlumat toplayın. Bu şirkətdə daxili dress-code (təşkilatın qəbul elədiyi geyim tərzi) olarsa, onda müvafiq forma və ya rəngdə geyinmək üçün cəhd edin.

1. Qadın üçün iş kostyumu. Klassik bir üslub hər zaman bir qalibiyyət qazanma seçimidir. İşgüzar kostyum müsahibədə köməyinizə çatacaq. Əsasən şalvar ilə deyil, ətək ilə olan kostyuma üstünlük verin. Boz, qəhvəyi, mavi, qara rəngli konservativ rənglərin istifadəsi məsləhətdir. Yay aylarında isə açıq rənglər idealdır. Geyim seçimində aqressiv rənglərdən istifadə etməyi imtina edin. Qızıl, narıncı, qırmızı kimi rənglər müsahibə üçün uyğun deyil, və hətta qadağandır. Əgər sizin kostyumunuzun rəngi tünddürsə, onda geyiminizi yüngül aksesuarlarla, məsələn, yaylıq, broş, qolbaqla tamamlayın.

2. Ətək. Klassik qələm ətək, ofis geyimi üçün idealdır. Ətəyin uzunluğunun dizə qədər və ya biraz aşağı olması məqsədə uyğundur. Koko Şanel iddia edirdi ki, mükəmməl ətək mütləq dizi bağlamalıdır, hətta siz oturduğunuz halda belə.

3. Pencək. Pencəyin altında dekolte zonasını açmayan, açıq rəngli və monotonik köynək geyinmək daha yaxşıdır. Qışda, müsahibə üçün bluzların yerinə, bir boğazlı köynək geyinə bilərsiniz. Yalnız yay aylarında isti olduğu təqdirdə, pencəyi çıxarda bilərsiniz. Qısa qollu köynək və pencəklərdən çəkinin.

4. Şalvar. Müsahibə üçün şalvar geyinməyə qərar verdinizsə, şalvarın uzunluğuna diqqət yetirin. Şalvar çox qısa və ya çox uzun olmamalıdır. Neytral rəngli corablardan istifadə edin. Corabınızın başqaları tərəfdən görünməməsinə diqqət yetirin.

5. Don. Eleqant, zərif və ya açıq rəngli donu pencək ilə tamamlaya bilərsiniz.