Siyəzəndə qəza: 4 yaralı FOTO


Digərləri 25 Noy 2018 23:46:00 273 0

Siyəzəndə qəza: 4 yaralı  FOTO

Noyabrın 25-də Siyəzən rayonu ərazisində 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 10 AR 424 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək beton maneəyə çırpılıb.

Qəza nəticəsində yaralanan Bakı şəhər sakinləri, 1960-cı il təvəllüdlü Rzayev Ceyhun Məsim oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Anar Vaqif oğlu təcili-tibbi yardım maşını ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyətləri ağır olan digər iki nəfər isə Sumqayıt şəhərindəki xəstəxanaya aparılıb.


Xəbərə aid fotolar