“Ayda 5 toya dəvət gələndə insanlar məcbur olur qara işlərlə məşğul olsun”


Digərləri 25 Noy 2018 23:35:00 283 0

“Ayda 5 toya dəvət gələndə insanlar məcbur olur qara işlərlə məşğul olsun”

Mədəniyyətimizin tərkib hissələrindən biri də toylarımızdır. Ölkəmiz həm toy adət-ənənələri ilə başqa xalqlardan seçilir, həm də digər xalqların toy mədəniyyətindən müəyyən elementlər götürür. Xarici rəqslərin, diskotekaların təşkil olunması, toyun sonunda gəlinin arxaya gül atması da bu qəbildəndi. Amma kaş bu gün toylarımızda belə göstəricilər deyil, toyun sadə, israfsız və rahat keçməsi kimi nümunələr tətbiq olunardı.

Bu gün toy mərasimlərində həddindən artıq israfçılığın olmasına səbəb "camaat nə deyər?" düşüncəsidir. Sırf kimlərsə pis fikirləşməsin deyə toylarda israfçılıq baş alıb gedir. Hətta toylarımız sanki reklam xarakteri daşıyır. Kimlərəsə göstəriş vermək üçün borc altına girib dəbdəbəli toy edənlərin də sayı az deyil. Əsas və qalmaqallı, problemli an isə pul yazılmaqdadır. Belə ki, bu günlərdə ölkəmizdə qeyri-adi hadisə baş verib. Adını açıqlamayan bir şəxs tərəfindən vəkilə qəribə müraciət edilib. Hüquqşünas-vəkil Vüqar Səfərlinin sözlərinə görə, həmin şəxs özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkillə əlaqə saxlayıb: "Təbii ki, tragikomik durumdur. Belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illər Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar".

Son.az gencaile.az-a istinadən bildirir ki, məsələ ilə bağlı televiziyalarda təbliğat aparılmasının vacib olduğunu vurğulayan sosioloq Əhməd Qəşəmoğlu toylarımızdakı israfçılığın dinimiz üçün də uyğun olmadığını deyir. Sosioloqun sözlərinə görə, hər bir inkişaf etmiş ölkədə insanlar toylarımız barədə eşidərkən Azərbaycan haqqında ancaq pis fikrə düşürlər: