Evi həşəratlardan təmizləmək üçün vurulan dərman insanları öldürdü


Digərləri 25 Noy 2018 22:36:00 251 0

Evi həşəratlardan təmizləmək üçün vurulan dərman insanları öldürdü

Qazaxıstanda dərmandan zəhərlənmə nəticəsində ölüm faktı qeydə alınıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, çoxmərtəbəli binadakı mənzillərdən birində ev sahibi evində tarakanların olmaması üçün dərman vurdurub. Ondan sonra o evdə dərmanın təsiri gedənə kimi başqa yerdə yaşayıb. Bu ərəfədə qonşuluqda olan 1989-cu il təvəllüdlü qadın və onun 2 yaşlı qızının halı pisləşib. Onlar həkimə çatdırılıblar. Öncə hər iksinin hansısa qidadan zəhərləndiyi deyilsə də sonradan məlum olub ki, tarakan dərmanından zəhərləniblər. İki yaşlı uşaq ürək çatışmamazlığından dünyasını dəyişib. Eyni zamanda həkimlər uşağın anasının da həyatını qurtara bilməyiblər. O, da yolda dünyasını dəyişib. Bundan sonra binada yaşayan 6 yaşlı oğlanın və 1993-cü il təvəllüdlü başqa qadının da halı pisləşib və onlar xəstəxanaya aparılıb.