Niyə seyidlərin adlarının əvvəlinə “mir” əlavə edilir?


Digərləri 25 Noy 2018 22:40:00 239 0

Niyə seyidlərin adlarının əvvəlinə “mir” əlavə edilir?

Hazırda dünyada onmilyonlarla seyid yaşayır. Bunlardan bəzisi İmam Həsənin (a) nəslindəndir və "şərif" adlandırılır, digər qismi isə İmam Hüseynin (a) və onun (ə) məsum övladlarının nəslindəndir və "seyid" adlandırılırlar

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, yəni onlara adlarını çəkməzdən əvvəl nəsəblərinə ehtiram əlaməti kimi "Şərif" və ya "Seyid" - deyə müraciət olunur. Lakin bəzi ölkələrdə, məsələn, Hindistan, Pakistan, Türkiyə, o cümlədən bizim Azərbaycanda yaşayan bir çox seyidlərin adlarına "Mir" prefiksi əlavə olunur. Məsələn, Mirəli, Mircavad və s. Bunun kökü haradan gəlir? Məlum olur ki, "mir" ərəb dilindəki "əmir" sözündən götürülüb və mənası "başçı", "rəhbər", "əmr sahibi" və s. deməkdir. "Əmir" titulu Peyğəmbər (s) nəslinin nümayəndələrinin adlarına 11-13-cü əsrlərdən etibarən əlavə edilməyə başlayıb. Bu yolla bu mübarək nəsildən olmayanlar seyidlərə öz ehtiramlarını bildirmək istəyirdilər.

Sonradan söz ixtisarlanaraq, "mir" halını aldı və birbaşa adın əvvəlinə artırılmağa başladı. Məsələn, Seyyid Mirəbulfəth Gürgani (əllamə) və ya Seyyid Mirəli ibn Şəhab Həmədani (zamanın məşhur arifi) və s.