“Uber”in dəyəri nə qədərdir?


Digərləri 25 Noy 2018 22:10:00 224 0

“Uber”in dəyəri nə qədərdir?

Daha əvvəllər "Uber"in 2019-cu ildə ictimai təklif (public offering-şirkətin sərmayə artırmaq üçün istifadə etdiyi üsuldur) ilə bağlı planları olduğundan bəhs etmişdik. "Uber"in ictimai təklif öncəsi dəyərini müəyyən etmək üçün bir sıra araşdırmalar həyata keçirilib və belə qənaətə gəlinib ki, şirkətin dəyəri 120 milyard dollardır. "Reuters" bu iddianı "Wall Street Journal"a istinadən qeyd edib.

Son.az facemark.az-a istinadən bildirir ki, "Reuters" daha əvvəl "Uber"in 50 milyard dolların üstündə dəyərləndirilməsini xatırladır. Bildirilir ki, "Uber"in 120 milyard dollar dəyərləndirilməsi, ictimai təklifi halında bu günə qədərki ən böyük dəyərlərdən biri olacağı təxmin edilir. "Reuters", həmçinin "Uber"in ictimai təklif həmləsində vasitəçilik edəcək investisiya bankları arasında "Goldman Sachs" və "Morgan Stanley"nin ilk sıralarda olduğunu qeyd edir. "Alibaba" 24,2 milyard dollar dəyərləndirmə ilə texnoloji şirkətləri arasında bu günə qədər həyata keçirilən ən yüksək dəyər ilə ictimai təklif verən şirkət olub.

21 turda 24 milyard dollarlıq investisiya