ABŞ məhv olmaq


Digərləri 25 Noy 2018 22:11:00 217 0

ABŞ məhv olmaq

ABŞ-da 4-cü Milli İqlim Dəyərləndirilməsi Hesabatı yayımlanıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, hesabata görə, iqlim dəyişikliyinin nəzarət altına alınmaması qitədə insan sağlamlığı, həyat keyfiyyəti və iqtisadi inkişaf sahələrinə ciddi şəkildə təsir edəcək.

Əgər iqlim dəyişikliyinə antropogen müdaxilə olmasa, meşə yanğınları daha geniş vüsət alacaq. Hazırda Cənubi Karolinada dolub-daşan təbii su anbarları, Böyük Ovalar bölgəsində məhsul qıtlığı, Floridada həşəratların yaydığı epidemiya Amerikanı yerlə yeksan edəcək.

Bütün bu risklərə baxmayaraq, hesabat Ağ Evin tənqidi reaksiyasına məruz qalıb. Ağ Evin mətbuat katibi Lindzey Uolters ABŞ-ın bir çox qurum və dairələrinin üzərində işlədiyi hesabatın xətalarla dolu olduğunu bildirib.