İngilis dilini öyrənməyin


Digərləri 25 Noy 2018 22:15:00 254 0

İngilis dilini öyrənməyin

Xarici dil öyrənərkən özümüz-özümüzə mane ola bilirik. Amma, əslində bunların öhdəsindən gəlmək o qədər də çətin deyil. Etməli olduğunuz şey başlamaq, davam etmək və tərk etməməkdir. Növbəti il "Kaşki, keçən il başlasaydım" deməmək üçün bəzi tövsiyələrimiz var.

Son.az moneta.az-a istinadən bildirir ki, ingilis dilini effektiv bir şəkildə öyrənmək və bu müddəti sürətləndirmək üçün 5 sadə üsuldan istifadə edərək dünya dili olan İngilis dilini rahatlıqla öyrənə bilərsən.

1) Səhv et.

Səhv etməkdən, sözləri yanlış tələffüz etməkdən və ya yanlış qrammatika ilə danışmaqdan qorxma. Səhv etmədən praktika etmək və praktika etmədən axıcı İngilis dilində danışmaq mümkün deyil. Etdiyin səhvləri düzəltdikcə irəliləyəcəksən.

2) Tələffüzünü inkişaf etdirmək üçün qeyd elə.

Onlayn İngilis dilində videoları izləyərək və ya İngilis dilində kurslara gedərək sözlərin doğru tələffüzlərini öyrənə bilərsən. Bu öyrəndiklərini Azərbaycan əlifbasından istifadə edərək qeyd etmək köməklik edəcəkdir. Məsələn, "Education" sözünün düzgün oxunuşunu xatırlamaq üçün "Ecukeyşın" formasında qeyd edə bilərsən.

3) Öyrəndiyin yeni sözləri tez-tez təkrar et.