Hər bir xanım şərab haqqında bunları bilməlidir


Digərləri 25 Noy 2018 21:55:00 427 0

Hər bir xanım şərab haqqında bunları bilməlidir

"Həqiqət şərabdadır"  - iki min il öncənin insanları belə deyərdi. Qədim zamanlardan məlumdur ki, şərab sadəcə spirtli içki deyil, o əsl sənət əsəridir. Şərab - vino dünyası gözəl və əsrarəngizdir, xeyirxahlıq, ənənə və əfsanələr ilə doludur. Bir çox şərabsevərlər təəssüf ki, şərab sirlərinə elə də agah deyillər. Amma necə deyərlər, öyrənmək heç zaman gec deyil.

Son.az 1lady.az-a istinadən bildirir ki, zənnimizcə əsl ledilər da işgüzar uğurların qeyd edildiyi bir çox masaların və eləcə də romantik süfrələrin bəzəyi olan bu içkiləri mütləq bir birindən seçməyi bacarmalıdır. Şərabların içilmə və təqdim edilmə qaydası haqqında bu faktlar sizə faydalı olacaq.

Vino - ən qədim spirtli içki hesab olunur. Bəzi faktlara əsasən şərab istehsalına dair ən qədim izlər məhz bizim torpaqlarda, yəni Qafqazda - Azərbaycan və Gürcüstan ərazilərində aşkar olunub, söhbət bizim eradan əvvəl VI minillikdən gedir.

Ən sevimli şərablar

Vino sözünün mənşəyi də mübahisəlidir. Amma əksər dünya dillərinə məhz latın dilindən keçib.

Şərab dünyasında dəbi diktə edən tərəf fransızlar olsa belə, ən qədim şərab zirzəmisi Misirdə aşkar olunub.

Mantarburğusu (corkscrew) ilk dəfə 1795-ci ildə kəşf olunub. Əvvəllər isə ona ehtiyac yox idi. Şərab xüsusi çəlləklərdə saxlanılır, süfrəyə isə xüsusi badə və kuzələrdə verilirdi.

Şərab haqqında faktlar

Həmçinin tarixin bəzi səhifələrində vino universal valyuta hesab olunub, yunanlar onu qızıl və gümüşə, romalılar isə qula dəyişiblər,

PINOT NOIR -  ən çox klonu (100-ə qədər) qeydə alınmış üzüm növüdür.

Gün ərzində 100 qram qara şokolad və 150 ml vino sizi uzunömürlü və sağlam edər, həmçinin heç zaman kardioloqa yolunuz düşməz.

Dünyanın ən böyük şərab istehsalçısı İtaliyadır, Fransa, İspaniya və ABŞ isə müvafiq olaraq sonrakı yerləri öz aralarında bölüşür.

Ənənəyə əsasən birinci yüngül şərablar servis olunur. Bundan əlavə ağ şərablar da masaya qırmızıdan, gənc şərablar yaşlılardan, turş şərablar isə şirinlərdən öncə verilir. Bəli hələ xırdalıqlar bununla bitmir.

Qadınlarda iybilmə xüsusiyyəti daha yaxşı inkişaf edib ona görə də onlar əla somölye ola bilər.