Rusiyanın ən tezböyüyən TOP50 şirkətinin adı açıqladı


Digərləri 25 Noy 2018 21:25:00 229 0

Rusiyanın ən tezböyüyən TOP50 şirkətinin adı açıqladı

RBK Rusiyanın ən tezböyüyən şirkətlərinin reytinqini tərtib edib.

Son.az facemark.az-a istinadən bildirir ki, reytinqin birinci pilləsində PTK (birinci ağıryüklü şirkət) 28,28 milyard rubl gəlirlə qərarlaşıb. 2015-2017-ci ildə artım 214% təşkil edib.

"ASR-Uqlesbıt"in gəliri isə 24,18 milyard rubla çatıb, artım isə 268% olub və Azur Air (32,52 milyard rubl, 221%). Rusiya Federasiyasının ən tezböyüyən şirkətlərindən dördüncüsü isə "Bristol" şirkəti olub. Şirkətin artım tempi il ərzində 114% olub və 2017-ci ildə 67,5 milyard rubla çatıb. RBK-nın hazırladığı reytinqin 5-ci pilləsində isə Moskvanın elektrik şəbəkə infrastrukturunun əsas inşaatçısı "Lenelektromontaj" olub. Artım tempi ildə 158% olub ki, nəticədə 2017-ci ildə şirkətin gəliri 11,8 milyard rubla qədər yüksəlib.

Reytinqdə təqdim edilmiş şirkətlərin ümumi gəlirləri 3 trilyon rubl olub. Çempionların gəlirlərinin artımı isə 2 trilyon rubla çatıb ki, 2015-ci ildə isə bu rəqəm 2,599 trilyon rubl idi. Demək olar ki, reytinqdə təqdim edilmiş ümumi şirkətlərin gəlirlərinin yarısını, hesabatın lokomotivi olan "X5 Retail Group" şirkətindən gəlib. Siyahıda, həmçinin ümumi gəliri 2017-ci ildə 100 milyard rubldan çox olan daha 3 riteyler də daxil olub. Bunlar "Lenta" şəbəkəsi (365 milyard rubl), "Krasnoe & Beloe" (210 milyard rubla), "Detskii mir" (101 milyard rubl).