İsrail komandoslarının təlimi: Baş qərargah rəisi poliqonda


Dünya 25 Noy 2018 21:03:00 269 0

İsrail komandoslarının təlimi: Baş qərargah rəisi poliqonda

İsrail müdafiə ordusu əsasən xüsusi təyinatlı bölmələrin iştirakı ilə geniş miqyaslı təlimlər keçirib və bu təlimlərdə eyni vaxtda iki cəbhədə hərbi əməliyyatların aparılması məşq edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki,  "Duvdevan", "Maqlan" və "Eqoz" komandos birləşmələrinin cəlb olunduğu təlimlərdə Baş qərargah rəisi, general Hadi Ayzenkot oğlu ilə qarşılaşıb. Ata-oğulun poliqonda qucaqlaşma anı reportyorlar tərəfindən qeydə alınıb. Bu fotonu İsrail ordusunun mətbuat xidməti yayıb. Hadi Ayzenkotun oğlu "Maqlan" xüsusi təyinatlı birləşməsində xidmət edir.

Məlumatda deyilir ki, təlimlərdə İsrail ordusunun Hərbi Hava Qüvvələrinin yerüstü xüsusi təyinatlı birləşmələri də iştirak edib və şimalda "Hizbullah"a, cənubda "Həmas"a qarşı eyni zamanda hərbi əməliyyatların aparılması sınaqdan keçirilib.

Təlimlərin ssenarisinə əsasən döyüş əməliyyatları ilə eyni vaxtda hərbi iki istiqamətdə arxa cəbhə kütləvi raket zərbələrinə məruz qalır. Bu zaman İsrail ərazisinə bir gündə minlərlə raketin atılması ehtimalı nəzərə alınır. Beləliklə, İsrail ordusu və xalqı son onilliklərdə qarşılaşmadığı sınaqla üzləşir.

Hərbi ekspertlərin hesablamalarına görə əsas döyüş əməliyyatları şimal cəbhəsində gedir və nəticədə ordunun əsas resursları həmin istiqamətə yönəldilir. Ehtiyatdan çağırılan qüvvələr isə düşmənin ərazisində manevr edir.


Xəbərə aid fotolar