Auditoriyanın diqqətini 15 saniyəyə necə çəkmək olar?


Digərləri 25 Noy 2018 20:55:00 236 0

Auditoriyanın diqqətini 15 saniyəyə necə çəkmək olar?

Bloqqer və konsultant Maykl Tompson özünün Medium adlı köşəsində dinləyicilərin diqqətini dərhal ələ keçirmək üçün çıxışı necə başlamalı olduğunuz haqqında yazır.

Təsəvvür edin ki, sizin 29 yaşınız var. Siz elə indicə Vyetnama gəlmisiniz ki, öz yeni məhsulunuzu investora təqdim edəsiniz. Təqdimat zamanı o sizin sözünüzü kəsir və deyir:  

"Sizin tam bir dəqiqə vaxtınız ki, mənə niyə bura gəldiyimi izah edəsiniz və daha bir dəqiqəniz isə məni burda qalmağa razı salmaq üçündür." Dəhşətdir, elə deyilmi? Təəssüf ki, bu əhvalat gerçəkdir. Mənim atam bu situasiya ilə 1968-ci ildə qarşılaşmalı olub.  Xoşbəxtlikdən atam bunun öhdəsindən uğurla gəlib. Atam bunu mənə danışanda, ondan soruşdum ki, həmin anda nə hiss edirdi. O cavab verdi ki, ona bu qədər vaxt verdiklərinə görə çox şad idi. Çünki auditoriya adətən 30 saniyə sonra öz marağını itirir. Əladır ki, atam bu çətin tapşırığın öhdəsindən gəlib, amma istənilən başqa bir auditoriyanın yarım dəqiqə sonra ondan vaz keçməsi fikri ilə razı deyiləm.

İndi, 50 il sonra konsaltinq sahəsində illərdir işləyən biri olaraq mən düşünürəm ki, auditoriya 30 saniyə deyil, 30 sözdən sonra sizi dinləyib-dinləməyəcəyinə dair qərar verir.

ŞOK EDİCİ STATİSTİKADAN BAŞLAYIN

Son.az 1lady.az-a istinadən bildirir ki, müvəffəqiyyətli kopirayter və bir neçə marketin kompaniyasının qurucusu Devid Oqilvi bir dəfə belə deyib:

"Dollarınızın 80 sentini reklama xərcləmək lazımdır"

Eyni məntiqi məhsul təqdimatına tətbiq etmək olar. Ən vacibi sizin ilk cümlənizdir. Auditoriya üçün gözlənilməz, şok edici statistika və iddiadan başlayın.

Sağlamlıqla bağlı tətbiq satırsınız?

Ceymi Oliverin TedTalk-dakı çıxışından bu cümləni oğurlaya bilərsiniz: "Təəssüf ki, mənim burda çıxış etdiyim 18 dəqiqə ərzində, dörd amerikalı yemək səbəbindən öləcək".  

Səhiyyə sahəsində dair startap işə salmaq istəyirsiniz?