Qalstuk – işgüzar qadınlar üçün qeyriadi aksesuar


Digərləri 25 Noy 2018 20:20:00 323 0

Qalstuk – işgüzar qadınlar üçün qeyriadi aksesuar

Qalstuk - İlk baxışdan faydasız görünsə də kişilərin qarderobunda əvəzolunmaz yeri olan bir geyim aksesuarıdır.  Dəbli bir kostyumun tamamlayıcı atrebutu, ənənənin neçə illərdi davam etdiyini göstərən, çox dəbli bir şəkildə köynəyi pencək ilə bütünləyən bir aksesuar.

KİŞİLƏRİN ƏLİNDƏN ALIRIQ

Son.az 1lady.az-a istinadən bildirir ki, bir neçə əsr öncə bir qadını bu kişi aksesuarı ilə görmək mümkün deyildi. Lakin artıq keçən əsrdən qadınlar ancaq kişilərin geyimi sayılan şalvar və damalı köynəkləri, pencək və jiletləri o cümlədən silindr papaqları və qalstuklar geyinmə hüququnu qazanmışdılar. Tarixdə iz qoyan xanımlar bu yeni dəblə geyinməyə başlamışdılar: Amerikalı aktrisa Marlen Ditrix, fransız yazıçı Jorj Sand və digərləri. İndiki dövrdə də çoxları bu geyim aksesuarından istifadə edirlər, daha çox da işguzar xanımlar. Yəqinki heç də çox xanım məhz "qalstuk" üçün alış - verişə çıxıb çoxlu sayda almırki, oları öz kostyumları ilə geyinsinlər, amma hər halda tək sayda da olsa çox eleqant, zərif,  yadda qalan və effektli "qalstuk"lar  qarderobda 100% var. "Qalstuk" sizin ciddiliyinizi, işguzarlığınızı, stil və qadınsılığınızı tərənnüm edəcək.

QADIN ÜÇÜN "QALSTUK": ÖZƏLLİKLƏRİ NƏLƏRDİR  ? Qadın tərəfindən taxılan qalstuk onun geyiminin bir hissəsinə çevrilir və xüsusi diqqət cəzb edir. Bəzən bu kişi qalstukuna da oxşaya bilər, bəzən də həm formasına həmdə rənginə görə kəskin fərqlənə bilər.

PARÇA Adətən kişi "qolstuk"ları ilə eyni parçadan hazırlanır : Atlas və yun, pambıq və ipək. Bəzən trikotaj, dəri və ya cins parçadan da hazırlanır.