Kişi və qadınların namazda örtünmələrinin qaydaları


Digərləri 25 Noy 2018 19:50:00 244 0

Kişi və qadınların namazda örtünmələrinin qaydaları

Namaz dinin vacib əməllərindəndir. Onu tərk etmək və ya etinasız yanaşmaq icazəli deyildir. Namaz insan həyatında önəmli təsirə malikdir. Bu ibadət insanın dünyaya baxışın, yaşam tərzin nizamlayır. Çünki insan namaz qıldlqca həyatını namaza uyğunlaşdırır. Namaz səbəbi ilə müəyyən işlərdən, əxlaqa zidd məclislərdən, dürüst olmayan insanlardan çəkinir. Bu da onun həyatının yeni nizamı deməkdir. Necəki Quranda bu barədə buyurulub:

Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir! (Ənkəbut-45).

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, namaz özü vacib olduğu kimi, özü ilə bərabər bir neçə şərti də vacib edir. Bu şərtlərdən biri də namaz əsnasında bədənin örtülməsi məsələsidir.

Kişilərə yalnız ayıb yerlərinin örtülməsi vacibdir. Ancaq əxlaq və mənəviyyat baxımından kişilərin də tam örtülməsi, hətta başlarına araqçın qoyulması tövsiyyə olunur.