Qizlarin biganə qala bilmədiyi


Digərləri 25 Noy 2018 19:35:00 303 0

Qizlarin biganə qala bilmədiyi

Kişilər ətir alarkən sadəcə özlərinin zövqünə uyğun olan qoxulara üstünlük vermirlər. Onlar birlikdə olduqları xanımın da ətir zövqünü nəzərə alırlar. Qadınların qəlbini ovsunlamaqdan həmişə zövq alan kişilər isə heç bir qızın biganə qala bilməyəcəyi əfsanələşmiş ətirləri almağa çalışırlar.

Bu əfsanəvi ətirlərdən xəbərsiz olanlar isə qadınları özlərinə cəlb etmək əvəzinə, onları uzaqlaşdıra bilərlər.

Son.az gencaile.az-a istinadən hər bir qadının ürəyini fəth etməyi vəd edən 5 möhtəşəm kişi ətrini təqdim edir:

"Dolce & Gabbana"

Reyhan, lavanda, bal, tütün, səndəl və sərv ağacının qoxuları ilə hər kəsi valeh edən "Dolce & Gabbana"nın "Intenso" ətri qadınların arzu və ehtiraslarını hərəkətə gətirir. Qadınların zehnində seksual bir obraz yaratmaq istəyən kişilər bu ətirdən istifadə etməlidirlər.

"Dior"

Tünd qoxuya sahib olsa da, hər bir qadının diqqətini çəkməyinizə kömək edəcək. Diqqət mərkəzində olmaq istəyən kişilər üçün ideal seçimdir.