Bu gün “Uşaq Avroviziya-2018”in qalibi müəyyən olunacaq


Digərləri 25 Noy 2018 18:52:00 223 0

Bu gün “Uşaq Avroviziya-2018”in qalibi müəyyən olunacaq

Bu gün Minskdə "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.

Bakı. Tural Turan - Bu gün Minskdə "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək. "Minsk Arenada" keçiriləcək final yarışında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq. Mütəxəssislər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand səhnənin səs və işıq effektindən razılığını bildirib.