ABŞda polisin qaradərili gənci öldürməsi etirazlara səbəb oldu


Dünya 25 Noy 2018 18:43:00 237 0

ABŞda polisin qaradərili gənci öldürməsi etirazlara səbəb oldu

Polisin 21 yaşlı qaradərili gənci qətlə yetirməsinə etiraz əlaməti olaraq Alabamada kütləvi aksiya keçirilib.

Son.az virtualaz.org-a istinadən xatırladır ki, hadisə Quver şəhərinin "Riverchase Galleria" ticarət mərkəzində baş verib. İki müştəri arasında meydana gələn savaş zamanı onlardan biri tapançaya əl atıb.

Hadisə yerinə gələn polis əməkdaşları bu şəxsin 21 yaşlı Emantika Bredford olduğunu ehtimal edərək, onu güllələyiblər.