Telman İsmayılov itirdiyi ticarət imperiyasından söz açdı


Dünya 25 Noy 2018 18:26:00 289 0

Telman İsmayılov itirdiyi ticarət imperiyasından söz açdı

Rusiyanın NTV telekanalının "Yeni rus sensasiyaları" proqramı iş adamı Telman İsmayılovdan müsahibə alıb.

Son.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, iki sifarişli qətldə şübhəli bilinən oliqarx iddia edir ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi "Çerkizov" bazarına heç bir aidiyyəti yoxdur. 

"Siz başqa obyektləri, başqa bazarları göstərirdiniz, amma məndən danışırdınız. Guya orada zirzəmi var... Mənim heç vaxt zirzəmim olmayıb! Kazinom olmayıb! Kimdəsə narkotik tapanda mühafizə işçiləri mükafat alırdılar!", - İsmayılov deyib.

Onun sözlərinə əsasən, bazarda qeyri-qanuni mühacirlər də olmayıb: 

"İşləyənlərin 85%-i rusiyalılar idi, 15%-i - çinlilər. Tək İvanovodan 100 istehsalçı var idi!".