İranın xarici borcu azalıb


Dünya 25 Noy 2018 17:06:00 216 0

İranın xarici borcu azalıb

Cari ilin (21 mart 2018-dən başlayaraq) ilk altı ayında İranın xarici borcu təxminən 9% azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, İranın Mərkəzi Bankının İranın xarici borcu ilə əlaqədar son statistikasında belə qeyd olunub.

Cari ilin altıncı ayının sonunda İranın xarici borcu 10,317 milyard dollardır. Onun 6,853 milyard dolları orta müddətli və uzun müddətli, 3,464 milyard dolları isə qısa müddətli borclardır.

İranın borclarının həcmi beşinci ayın sonunda 10,405 milyard dollar idi. 6-cı ayda bu borclar azalıb və 10,317 milyard dollara çatıb.