Samuxda qadın faciəvi şəkildə öldü


Digərləri 25 Noy 2018 16:26:00 227 0

Samuxda qadın faciəvi şəkildə öldü

 Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, rayonun Çobanabdallı kənd ərazisində qeydə alınıb.

Samux rayon sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.