67 yaşlı qadını maşın vurdu


Digərləri 25 Noy 2018 15:01:00 232 0

67 yaşlı qadını maşın vurdu

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə bu gün saat 11:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 127-ci kilometrliyində, rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun 1995-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Hüseynzadə Mehman Məzahir oğlu idarə etdiyi "VAZ-2103" markalı minik avtomobili ilə yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Yuxarı Talakənd sakini Abdullayeva Hürü Məmmədvəli qızını vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qaın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən "Report"a bildirilib ki, H.Abdullayevaya oturaq sümüklərinin və hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra yaralının müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi qərara alınıb.

Bu, sözügedən ərazidə son iki həftə ərzində ikinci piyada vurulması hadisəsidir. Noyabr ayının 14-ü axşam saatlarında da eyni ərazidə yolu keçən rayonun 22 yaşlı Yuxarı Tala kənd sakini Həmzəyeva Məryəm Nəriman qızını Şabanov Oruc Abdulməcid oğlunun idarə etdiyi "Naz-Lifan" markalı avtomobil vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.