Makrondan Fransadakı aksiyalara reaksiya: “Biabırçılıqdır”


Dünya 25 Noy 2018 13:56:00 307 0

Makrondan Fransadakı aksiyalara reaksiya: “Biabırçılıqdır”

Fransa prezidenti Emmanuel Makron "sarı-jiletlilər"in aksiyalarını "biabırçılıq" adlandırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Makron bu barədə Tvitter səhifəsində yazıb: "Asayiş keşikçilərinə hücum etmək biabırçılıqdır. Digər vətəndaşlara və jurnalistlərə xəsarət yetirmək biabırçılıqdır. Seçilmiş məmurları hədələmək biabırçılıqdır. Belələrinə respublikada yer yoxdur".