AAAFda həyəcanlı anlar:


Digərləri 25 Noy 2018 13:24:00 281 0

AAAFda həyəcanlı anlar:

Xırdalanda AAAF Park Yaşayış Kompleksində bir neçə evdə tüstülənmə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə B kompleksi Bina 5-də baş vermiş qısa qapanma nəticəsində yaşanıb. İnsidentə səbəb kompleks ərazisindəki qazanxananın işə salınması zamanı işıq xətlərinin üzərinə su tökülməsidir.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Bina sakinləri təxliyə edilir.


Xəbərə aid fotolar