Qiyamət günündə insanları qorumaq üçün məktəb avtobusundan sığınacaq düzəldildi FOTO


Digərləri 25 Noy 2018 12:08:00 186 0

Qiyamət günündə insanları qorumaq üçün məktəb avtobusundan sığınacaq düzəldildi  FOTO

Bir çox dinə görə, dünyamızın müəyyən bir ömrü var. Əksər insanların inancına görə, qiyamət günü gəldiyində dünyada yaşayan tək bir canlı belə, qalmayacaq.

Ancaq elm adamlarına görə, dünyanın sonunu gətirəcək səbəblər nüvə savaşları ola bilər. Bir-biri ilə yarışan dövlətlərin əsrəyə gətirdiyi silahlar, nüvə bombaları dünyanı yox edəcək gücdədir. Dünyamız son 100 ildə iki böyük savaş görüb. "Soyuq savaş" artıq geridə qalıb. Lakin dünyanın 3-cü bir savaş yaşamayacağının zəmanəti də yoxdur.  

Kanadada yaşayan Brus Biçin dünyanın sonunun gəldiyi zaman gizlənmək üçün inşa etdiyi sığınacaq hər kəsi təəccübləndirib.

Nüvə savaşı qorxusu insanları bir çox önləyici tədbirləri görməyə vadar edir. Bu cür tədbirlərdən biri də Brus Biçin inşa etdiyi yeraltı sığınacaqdır. 

Son.az musavat.com-a istinadən Brus uzun illər Çikaqoda yaşayıb. Lakin o, 1970-ci ildən sonra Kanadanın uzaq, çöllük bölgəsi olan Hornings Millsa  köçüb. Brus Biç şəhərin səs-küyündən uzaq, sakit həyatın olduğu bu çöllük ərazidə "soyuq savaş" sırasında istifadə edilən nüvə silahlarından zərər çəkən insanların sağ qalma şansının olub-olmayacağını araşdırmağa başlayıb.

Bu minvalla işə başlayan Brus, 1980-1985-ci illər arasında Kanadadakı məktəblərdən yığdığı 42 köhnə avtobusu 300 dollar müqabilində satın alıb. O, bu avtobusları yerin 4.5 metr dərinliyinə basdırıb və üzərini betonla örtüb. Beləliklə günümüzdə Qüzey Amerikanın ən böyük nüvə sığınacağının təməlini atıb.

930 min kvadratmetrlik ərazisi olan bu sığınacağa, 500 nəfər insan rahatlıqla sığa bilir. Bundan başqa, sığınacaqda fərqli-fərqli işlər görmək üçün nəzərdə tutulmuş otaqlar da mövcuddur.


Xəbərə aid fotolar