Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirildi


Dünya 25 Noy 2018 11:57:00 257 0

Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirildi

Suriya ordusunun artilleriya bölmələri bazar günü xlorlu mərmi ilə Hələb şəhərinin yaşayış məhəllələrini atəşə tutan silahlı qruplaşmaların mövqelərinə cavab zərbələri endirib.

Son.az "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Suria" telekanalı məlumat yayıb.

Bildirilir ki, dəqiq zərbələr nəticəsində terrorçuların sıralarında xeyli sayda ölən var.