Hənifədə ev yanıb


Digərləri 25 Noy 2018 11:25:00 220 0

Hənifədə ev yanıb

Balakən rayonunun Hənifə kəndində yanğın baş verib.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin tavanı 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.