İŞİD yeni tərəfdarlar cəlb etməyə çalışır


Dünya 25 Noy 2018 11:08:00 236 0

İŞİD yeni tərəfdarlar cəlb etməyə çalışır

İŞİD terror təşkilatı əvvəllər ələ keçirdiyi ərazilərin demək olar ki, hamısını itirib, lakin bu təşkilat İnternet məkanında bütün dünyadan yeni tərəfdarlar cəlb etmək üçün səylərini hələ də davam etdirir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, İsveç Müdafiə Araşdırmaları İnstitutunun yeni hesabatında bu məsələyə toxunulur. Yeni hesabatın məqsədi "İslam dövləti" terror təşkilatının istifadə etdiyi rəqəmsal təbliğat metodları barədə məlumat verməkdir. Hesabatda terrorçuların rəqəmsal fəaliyyətinin müxtəlif aspektləri - materialların təbliği və yayılması, simvollardan istifadə edilməsi, məlumatların ötürülməsi üsulları, habelə uşaqlardan bu məqsədlə istifadə edilməsi texnologiyası təsvir olunur.

İsveç Müdafiə Araşdırmaları İnstitutunun mütəxəssislər bildirirlər ki, sosial şəbəkə platformaları belə təbliğata qarşı səmərəli mübarizə aparmağa çalışır, lakin bu sahədə ciddi problemlər var. İŞİD çox vaxt belə maneələrdən yan keçir və onları neytrallaşdırır.