Fransada aksiyalarda 24 nəfər yaralanıb


Dünya 25 Noy 2018 10:35:00 210 0

Fransada aksiyalarda 24 nəfər yaralanıb

 Şənbə günü Fransada davam edən "Sarı jiletlilər"in etiraz aksiyasında 5-i polis olmaqla 24 nəfər yaralanıb.

Son.az report-a istinadən bildirir ki, etiraz aksiyasında 1619 ərazidə 106 min nəfər iştirak edib.

Gün ərzində Parisdə 42 nəfər, bütün ölkə üzrə isə 130 aksiya iştirakçısı saxlanılaraq dindirilib.

Fransa prezidenti Emmanuel Makron özünün "Twitter" səhifəsində polis əməkdaşlarına bu gün nümayiş etdirdikləri peşəkarlıqlarına görə təşəkkürünü bildirib. Ölkə başçısı polislərə, jurnalistlərə və digər vətəndaşlara qarşı aqressiv hərəkət etmiş nümayiş iştirakçılarının bu davranışlarını pisləyib. O, "respublika"da zorakılığa yer olmadığını yazıb.

Aksiya iştirakçıları tərəfindən "Midi Libre" gündəlik qəzetinin Bezye şəhərindəki yerli redaksiyasına hücum olunaraq, vandalizm hərəkətləri törədilib, qəzetin bir jurnalisti fiziki zərbələrə məruz qalıb. Bu gün hökuməti dəstəkləməkdə ittiham olunan daha bir informasiya kanalı BFMTV-nin bir qrup əməkdaşı da verbal aqressiyaya məruz qalıb.