Saatlıda kriminal avtoriteti başından vurub
Kriminal 25 Noy 2018 10:08:00 300 0
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
Son.az report-a istinadən bildirir ki, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.
Mənbə: milli.az