İşdən evə qayıdarkən maşın vurdu


Digərləri 25 Noy 2018 09:57:00 209 0

İşdən evə qayıdarkən maşın vurdu

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, şəhərin Xəzər bağlarında yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Şükür Mahmud oğlunu işdən çıxıb evə gedərkən maşın vurub.

Sumqayıtda olimpiya kompleksinin işçisi olan kişi dərhal yaxınlıqda olan insanların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan Şükür Hüseynov dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Sumqayıtda qadın piyadanı avtomobil vurub.