Zəhərli ilan sancmasından ölən həkimin gündəliyi – Öz ölümünü


Digərləri 24 Noy 2018 23:05:00 218 0

Zəhərli ilan sancmasından ölən həkimin gündəliyi – Öz ölümünü

Məşhur herpetoloq Karl Şmidt 1957-ci ildə zəhərli ilan sancamasında ölüb. O dövrdə hələ zəhər əleyhinə zərdab olmadığından və həkimi sancan ilan təhlükəli hesab edilmədiyindən Şmidt xəstəxanaya gedərək həkim yardımı almasından imtina etmişdir. O, ilan sancmasından sonra insan orqanizmində baş verəcək dəyişiklikləri bir həkim kimi qeydə almaq şansını da qaçırmamaq üçün vəziyyəti barədə gündəlik yazmışdır.

Son.az medicina.az-a istinadən bildirir ki, 76 santimetrlik ilanı laboratoriyada tədqiq edən herpetoloq Şmidt korall ilanlar üzrə ən yaxşı mütəxəssis idi və 200-ə kimi ilana ad qoymuşdu.

Cavan ilanın əlvan naxışları, başının forması Afrika ilanı bumclanqı xatırladırdı. İlanı qəbul etdikdən sonra dəftər açan alim ilan qaldıraraq onun quyruq altında olan plastiniə baxmaq üçün ilanı yuxarı qaldırır. Bu zaman ilan onun sol əlinin barmağını dişləyir. Həkim özünə ilk yardım edib, barmaqdan bir xeyli qan sıxır və sarıyaraq, həkimə getmək əvəzinə, işlərinə davam edir.  O, sonrakı 24 saat ərzində bu ilanın zəhərinin insana necə təsir etdiyini müşahidə edərək qeydlər edir.

Ola bilsin ki, Şmidt bu növ ilan zəhərinin öldürücü olmadığına əmin idi. Ona görə bu zəhərin ona sadəcə bir az sərt təsir edəcəyini güman edərək, evə gəlmiş və ömrünün son saatlarını özü də bilmədən yazıbmış.

Amerikada həkimin gündəliyindəki qeydlərin videoyazısı üzə çıxarılmışdır. Gündəlikdə bunlar yazılmışdı:

16:30-17:30 - güclü ürəkbulanma. Qusma yoxdur.  Xomvuda ( evə) kimi şəhər qatarı ilə gəldim 17:30-18:30 - güclü titrətmə, hərarət, 38,8 dərəcəyə çatıb. Damaqdan qanaxma var. 20:30- südlü tost yedim

21:-00 -00: 20 - yaxşı yatmışam Gecə sidiyə qalxdım, sidikdə az qan var idi 4:30- 2 stəkan su içdim, qaytardım, ürək bulanma. Sonra yüngülləşdim və 06: 30-a kimi yatdım.

Səhər ona  tibbi yardım çağırmaq təklifi olunub, amma o imtina edib.  Maraq ona güc gəlmiş və o eksperimenti sona kimi aparmaq istəmişdi.