ETSN-nin nümayəndələri Gədəbəydə qızıl-mis istismar yatağında olublar


Digərləri 24 Noy 2018 15:48:00 183 0

ETSN-nin nümayəndələri Gədəbəydə qızıl-mis istismar yatağında olublar

ETSN-nin nümayəndələri Gədəbəydə fəaliyyət göstərən qızıl-mis istismar yatağı ilə tanış olublar

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məsul şəxsləri Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətinin Gədəbəy rayonunda fəaliyyət göstərən qızıl-mis istismar yatağı ilə tanış olublar. ETSN-dən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndələri geoloji kəşfiyyat işləri aparılan ərazilərə, yeraltı və açıq mədən üsulu ilə istismar olunan yataqlara baxış keçirib, ətraf mühitin mühafizəsi ilə əlaqədar görülən işlərlə maraqlanıblar.