Həkimlər etiraz etdilər, qanlı fotolar paylaşdılar FOTO


Digərləri 24 Noy 2018 23:30:00 259 0

Həkimlər etiraz etdilər, qanlı fotolar paylaşdılar  FOTO

"Bu faciələrə son qoyulmalı, odlu silah satışı maksimal dərəcədə məhdudlaşdırılmalıdır".

Amerikalı həkimlər sosial şəbəkələrdə bu sloqanla fotolar paylaşırlar.

Qan içində olan əməliyyat otaqları, qanlı ayaqqabılar, habelə yaralıların bədənlərindən çıxarılmıh güllələr...

Son.az ABC-yə istinadən bildirir ki, həkimlər, xüsusilə də cərrahlar fotolarını #ThisIsMyLane və #ThisIsOurLane heşteqləri ilə paylaşırlar.

Aksiya iş yerində güllələnmmiş cərrah Tamara O-Nilin xatirəsinə həsr olunub.

Xatırladaq ki, noyabrın 20-də ABŞ-ın Çikaqo şəhərindəki "Mercy Hospital"da atışma nəticəsində 4 nəfər həlak olmuşdu.