Qan qrupu xəstəliklərə meyliliyə


Digərləri 24 Noy 2018 23:52:00 196 0

Qan qrupu xəstəliklərə meyliliyə

Elmdə çoxdan sübut olunub ki, qan qrupu ilə insan sağlamlığı arasında müəyyən əlaqə var.

Son.az metbuat.az-a istinadla xəbər verir ki, bir sıra elmi araşdırmalar sübut edib ki, 1-ci qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə digər qruplarla müqayisədə daha tez-tez təsadüf edilir.

Digər tərəfdən 1-ci qan qrupu olanlarda ürək-damar sistemi xəstəlikləri, damarlarda trombların əmələ gəlməsi və infarktın riski digər qruplarla müqayisədə daha azdır. Ürək-damar sistemi xəstəlikləri ölüm səbəblər arasında bütün dünyada birinci yer tutur. Bu səbəbdən daha möhkəm ürək-damar sistemi ilə seçilən 1-ci qan qrupu nümayəndələri adətən daha çox yaşayır və onların arasında uzunömürlülərin sayı daha çoxdur.

2-ci qan qrupu olanlarda ateroskleroz xəstəliyi, süd vəzi və ağ ciyər xərçəngi riski daha çoxdur. Bu qan qrupu olan insanlarda həmçinin qanın laxtalanma sistemi ilə bağlı olan xəstəliklərinə də tez-tez təsadüf edilir.