"Rusiya İŞİD və "Əl Qaidə"dən daha çox təhlükədir"


Dünya 24 Noy 2018 23:57:00 203 0

"Rusiya İŞİD və "Əl Qaidə"dən daha çox təhlükədir"

Britaniya silahlı qüvvələrinin baş qərargah rəisi Mark Karlton Smit (Mark Carleton-Smith) hesab edir ki, Rusiya, Britaniya və onun müttəfiqlərinə "İslam dövləti" qrupu və "Əl Qaidə" təşkilatından daha çox təhlükədir.

O,"The Telegraph" qəzetinə müsahibəsində bildirib ki, ordusunun potensialına görə Rusiya tərəfdən təhlükə həmişə qalmaqdadır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, generalın sözlərinə görə, Moskva kiberməkan, kosmos və suyun altı da daxil olmaqla yeni mübarizə vasitələri hazırlamaqla Qərbdə sabitliyi pozmağa çalışır.

General həmçinin NATO-nu gücləndirməyə çağırıb və vahid Avropa ordusu yaratmaq ideyasını rədd edib.