Günün qoroskopu: Şəraitə uyğunlaşmağa çalışmayın


Digərləri 25 Noy 2018 00:01:00 193 0

Günün qoroskopu: Şəraitə uyğunlaşmağa çalışmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - peşəkar fəaliyyət üçün işgüzar yazışma və danışıqların böyük əhəmiyyəti var. İnformasiya mübadiləsini unutmayın. Səfər, danışıqlar, sənədlərlə iş üçün günün ilk yarısı əlverişlidir.

Günün ikinci yarısında işlərin və ya tapşırıqların bir hissəsinin həvalə oluna biləcəyi etibarlı adamı tapın.

Yaxınlarınız qəfil qərar, əməllə sizi heyrətləndirə bilərlər. Baş verənləri dərhal dəyərləndirmək asan deyil. Olaylarda müsbət yönlər də var. Mənfi emosiyaların təsiri altına düşməyin.  

Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Sağlam məntiq yardımçınız olsun. Bu minvalla bir sıra problemləri həll edə bilərsiniz. Məqsədə çatmaq üçün trivial olmayan yollardan istifadə edin.

Günün ikinci yarısı bilik və bacarıqların artırılması, yeni məlumatların əldə olunması üçün əlverişli zamandır.

Yaxınlarınızla təmaslarda soyuqluq, laqeydlik, hadisələrə başdansovdu yanaşma olmamalıdır. Sevdiyiniz insanı sevindirməyə çalışın.  

Əkizlər - köç vəy va mənzillə bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil. Dövlət qurumlarına, hakimiyyət strukturlarına müraciəti ertələyn. Maksimal dərəcədə diqqətli olun. Birgə layihənin həyata keçirilməsində maraqlarınızı ani hisslərə qurban verməyin.

Günün ikinci yarısı tədqiqat, potensialın və imkanların dəyərləndirilməsi üçün faydalıdır. Dəyər verdiyiniz insanlarla münasibətləri aktivləşdirin. Əhvalınız normal olmasa da, ciddi və diqqəli davranın. Belədə ailə üzvlərinin nigaranlığı da aradan qalxar.

Xərçəng - işlərə ciddi yanaşın. Emosiyalarınıza nəzarət edin. İşdə rəhbərlik və həmkarlarla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar qarşısında sərt tələblər qoymayın. İradların sayını artırmağa dəyməz.

Günün ikinci yarısında hadisələrin axarına təsir edə bilməsəniz, əhvalınız korlanacaq.

Axşam saatlarına yaxın sevdiyiniz insanla gəzintiyə çıxın. Kitab ala bilərsiniz. Səhhətinizə fikir verin.

Şir - bacarıq və təcrübənizi artırmaq üçün yaxşı zamandır. Təhsil alırsınızsa, biliklərin yeni sahəsinə maraq oyana bilər. Nüfuzunuzu artırın. Statusunuzda dəyişikliklər olacaq. Yaxın ətrafınızdakı yeni simalardan birinə səlahiyyət və məsuliyyətlərinizin bir hissəsini həvalə edə bilərsiniz.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağrılar hiss etsəniz, yalnız sınanmış, anladığınız dərman preparatlarından istifadə edin. Yeni pəhrizə başlamaq, gün rejimini dəyişmək üçün münasib zaman deyil.

Qız - işləri nizama salın. Yaşam arealında təxirəsalınmaz tədbirlərə ehtiyac var. Adi günlərdən fərqli olaraq detallara və xırdalıqlara xüsusi fikir verin. Yaxın ətrafınızdakı insanların məsləhətinizə ehtiyacı var. Çətin problemlərin həllində irəliləyişlər ola bilər.

Günün ikinci yarısı pedaqoji və ya elmi fəaliyyətlə məşğul olanlar üçün yaxşı zamandır. Ünsiyyətdə səmimi, adekvat olsanız, gərəkli anda gərəkli sözləri deməyi bacarsanız, irəliləyiş qaçılmazdır.

Kainatın mərkəzi olduğunuzu düşünməyin. Sadə, təvazökar olun. Ailə üzvlərinin dediklərinə qulaq asın.  

Tərəzi - ətrafınızdakı bəzi insanların ikili həyatı sizi çılğına döndərməsin. Maskaların yırtılmasına hələ çox var. Sonucda məxfi məlumatı əldə edə bilərsiniz. Bu, baş verməsə belə, zahirdə görünənlə müqayisədə batindəki məğz sizi daha çox narahat etməlidir.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanları sərt tənqid etməyin. Dərs demək fikrinə düşməyin.