Usman Dembele “Barselona”nı məğlubiyyətdən xilas etdi


Digərləri 25 Noy 2018 01:48:00 233 0

Usman Dembele “Barselona”nı məğlubiyyətdən xilas etdi

İspaniya “La Liqa”sının 13-cü turu çərçivəsində Madrid “Atletiko”su “Barselona”nı qəbul edib.

Bakı. İspaniya “La Liqa”sının 13-cü turu çərçivəsində Madrid “Atletiko”su “Barselona”nı qəbul edib. Trend-in məlumatına görə, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk dəqiqələrdən gərgin şəraitdə keçən oyunda hesab yalnız 77-ci dəqiqədə açılıb. “Atletiko”nun hücumçusu Dieqo Kosta fərqlənib.